SON XƏBƏRLƏR
20 Iyun 2019
19 Iyun 2019
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
Arvadını öldürdü, qayınanasını baltaladı, evi yandırdı və... - Bərdədəki DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO (YENİLƏNDİ)
KRİMİNAL 19:43 / 02.03.2019

Bərdədə dəhşətli qətl hadisəsini törədən şəxs könüllü olaraq polisə təslim olub.

Bərdə rayonunun Kətəlparaq kəndində həyat yoldaşını balta ilə öldürüb, qayınanasına ağır xəsarət yetirən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Qurbanov Elçin Nazim oğlu hadisədən sonra rayon Polis Şöbəsinə gedərək təslim olub.

Hadisəyə səbəb ailə münaqişəsi olub. O, həyat yoldaşının boşanması üçün məhkəməyə müraciət etdiyini bildirib. Buna etiraz olaraq həyat yoldaşı və qayınanası ilə mübahisə edib. Hisslərinə hakim ola bilməyən E.Qurbanov balta ilə həyat yoldaşına və qayınanasına bir neçə zərbə endirib. Həyat yoldaşı aldığı zərbədən ölüb. Daha sonra evə od vuraraq 6 yaşlı qızını götürüb gedib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xatırladaq ki, E.Qurbanov İmişli rayon Qaralar kənd sakinidir. (report)

***

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.