SON XƏBƏRLƏR
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
10 Oktyabr 2019
Prezidentin köməkçisi regionların sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasından danışdı
REPORTAJ 21:50 / 02.03.2019

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı növbəti Dövlət Proqramında nəzərdə tutulan tədbirlər üzərində ciddi iş gedir.

Bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib.

Z.Nağdəliyev bildirib ki, proqramın icrası böyük məsələdir: "Burada hər bir maddə, hər bir tədbir üzərində ciddi iş görülür, hesablamalar aparılır, irəli sürülən təkliflərin mahiyyəti tam dolğun öyrənilir. Hər gün bu proqramın üzərində iş gedir”.

Prezidentin köməkçisi, həmçinin xaricdən idxal olunan məhsulların azaldılması məsələsinə də toxunub. Onun sözlərinə görə, xətt elə götürülüb ki, xaricdən alınan məhsulların çəkisi azalsın:

"Ona görə də ölkəmizdə aqroparkların, iri kənd təsərrüfatı müəssisələrinin yaradılması bu məqsədə xidmət edir. Xaricdən gələn məhsulların ümumi çəkisi yerli istehsal hesabına azaldılmalıdır. Bəzi məhsullar bu hal artıq nəzərə çarpacaq dərəcədə baş verib”.

Qeyd edək ki, 2019-cu il yanvarın 29-da Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. (trend)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.