SON XƏBƏRLƏR
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Xorvatiya millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb
İDMAN 16:41 / 05.03.2019
Futbol üzrə Xorvatiya millisinin "Avro 2020”nin seçmə mərhələsi çərçivəsində martın 21-də Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb.

xəbər veririk ki, baş məşqçi Zlatko Daliç 24 futbolçuya dəvət göndərib.

Heyətə qapıçılar - Lovre Kaliniç ("Aston Villa”, İngiltərə), Dominik Livakoviç ("Dinamo”), Simon Sluqi ("Rieka”), müdafiəçilər – Domaqoy Vida ("Beşiktaş”, Türkiyə), Deyan Lovren ("Liverpul”, İngiltərə), Tin Edvay ("Bayer”, Almaniya), Borna Barişiç ("Reyncers”, Şotlandiya), Marin Leovats ("Dinamo”), Antonio Miliç ("Anderlext”, Belçika), Due Çaleta-Tsar ("Marsel”, Fransa), yarımmüdafiəçilər – Luka Modriç ("Real Madrid”, İspaniya), İvan Rakitiç ("Barselona”, İspaniya), Mateo Kovaçiç ("Çelsi”, İngiltərə), Milan Badel ("Latsio”, İtaliya), Marselo Brozoviç ("İnter”, İtaliya), Marok Roq ("Sevilya”, İspaniya), Mario Paşaliç ("Atalanta”, İtaliya) və Filip Bradariç ("Kalyari”, İtaliya), hücumçular – İvan Perişiç ("İnter”, İtaliya), Andrey Kramariç ("Xoffenxaym”, Almaniya), Ante Rebiç ("Ayntraxt”, Almaniya), Marko Pyatsa ("Fiorentina”, İtaliya), Nikola Vlaşiç (ÇSKA, Rusiya) və Yosip Brekalo ("Volfsburq”, Almaniya) dəvət olunublar.

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də Azərbaycan yığmasını qəbul edəcək, üç gün sonra Macarıstanın qonağı olacaq.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.