SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Azərbaycan bu ölkədən müasir QIRICILAR ALIR - Ermənistanın bütün ümidləri PUÇ OLDU
CƏMİYYƏT 13:08 / 09.03.2019
Azərbaycan Pakistanla "THUNDER JF-17 Block 2” qırıcılarının alınması və çatdırılması haqqında müqavilə imzalayıb.

Xəbər veririk ki, bu haqda "news.am” saytına danışan erməni hərbi eksperti Van Ambartsumyan deyib.

"Mən deyə bilmirəm, onlar bu qırıcılardan nə qədər almağı planlaşdırırlar, amma Bakı qırıcıları artıq bu il almağı planlaşdırır. Faktiki olaraq, "THUNDER JF-17 Block 2” Çinin "FC-1 Xiaolong” qırıcısının təkmiləşdirilmiş və modernizasiya olunan versiyasıdır. Pakistan versiyası hava döyüşünün aparılması, yerüstü, yeraltı, və suüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Əsas onun üstünlüklərindən biri də odur ki, o Rusiya rəqibindən (Rusiyanın "Su-30SM” qırıcılarından söhbət gedir –red.) əhəmiyyətli dərəcədə daha ucuz başa gəlir və döyüş xarakteristikaları üzrə ondan geri qalmır”, - ekspert izah edib.

Ambartsumyan qeyd edib ki, Pakistan təyyarəsinin döyüş xarakteristikaları əsasən Türkiyə istehsalı və daha müasir olan ASELPOD elektro-optik hədəfləmə sistemləri ilə təchiz edilməsi nəticəsində yüksəlir.



Qeyd edək ki, təyyarələrin gövdəsinin altına taxılan ASELPOD-un ağırlığı 240 kiloqram uzunluğu 235, eni isə 43 santimetrdir. ASELPOD çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Podun ön hissəsində yüksək keyfiyyətli üçüncü nəsil FLİR kamera, 3-5 mikron dalğada çalışan detektorlar yer alır.

ASELPOD ehtiyac yarandıqda lazer işıqlandırmasını da həyyata keçirir. Sistem eyni zamanda 8-ə qədər hədəfi təqib etməyi bacarır. Maksimum mənzili 55 km olan ASELPOD 25 km-də lazerlə hədəfi işarələyə bilir.

Ötən ay Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, İrəvan 2019-cu ilin sonu, 2020-ci ilin başlanğıcında 4 ədəd "Su-30SM” Rusiya qırıcısı almağı planlaşdırır. Erməni nazirin sözlərinə görə, İrəvan bu təyyarələrdən 12 ədəd almaq istəyir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.