SON XƏBƏRLƏR
23 Sentyabr 2019
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
Gəmi balina ilə toqquşdu: 80 nəfər xəsarət aldı
DÜNYA 12:18 / 10.03.2019

Yaponiyada sərnişin katerinin balina ilə toqquşması nəticəsində 80-dən çox insan xəsarət alıb.

Xəbər veririk ki, bu barədə yerli sahil mühafizəsinə istinadən NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, gəmidə ümumilikdə 125 sərnişin və dörd heyət üzvü olub. Xəsarət alanlardan 13 nəfərinin yarası ciddidir.

Toqquşma nəticəsində gəmidə 15 santimetrlik çat əmələ gəlib. Həmçinin onun sualtı qanadları əzilib.

Telekanalın məlumatına görə, kater 80 km/saat sürətlə Niiqata şəhər limanından Sado adası istiqamətində hərəkətdə olub. Qəzadan sonra gəmi təyinat məntəqəsinə gedib çata bilib.

Məlumata görə, hazırda donqar balinaların miqrasiya dövrüdür. (Report)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.