SON XƏBƏRLƏR
17 Iyul 2019
16 Iyul 2019
15 Iyul 2019
Naxçıvanda keçirilən komanda-qərargah təlimi davam edir - FOTO
CƏMİYYƏT 09:45 / 13.03.2019
"Naxçıvan Qarnizonu qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən, martın 11-dən müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi ilə keçirilən komanda-qərargah təlimi davam edir.
Müxtəlif dərəcəli döyüşə hazır olmaq vəziyyətinə gətirilməsi məqsədilə təlimə cəlb olunan birləşmə və hissələr təlim döyüş həyəcanı siqnalı ilə qaldırılaraq əməliyyat təyinatı rayonuna çıxarılıb.
Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilib.
Martın 12-də döyüşün planlaşdırılması ilə yanaşı, təlimin praktiki fəaliyyətinə cəlb olunan birləşmə və hissələr əraziyə çıxarılıb və ssenariyə uyğun məşq etdirilib. Qoşunların tam komplektləşdirilməsi üçün şəxsi heyətin qəbulu məntəqəsi açılıb, səfərbərlik ehtiyatları və cari çatışmazlığın bərpası üzrə tapşırıqlar yerinə yetirilib.
Təlim martın 16-da da davam edəcək.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.