SON XƏBƏRLƏR
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019
Xoşqədəmin verilişində axtarışına çıxmışdılar - 22 yaşlı Tərxanın skeleti tapıldı
ARAŞDIRMA 14:44 / 13.03.2019

Azərbaycanda bir neçə aydır itkin düşmüş şəxsin skeletləşmiş meyiti tapılıb.

Əldə etdiyimiz məlumata görə, Kürdəmir rayonu ərazisində 20-25 yaşlı oğlana məxsus olan skelet aşkar edilib. Ölən şəxsin kimliyini müəyyən etmək üçün zəruri ekspertizalar təyin edilib, araşdırmalara aparılıb.

Həyata keçirilən araşdırmalar çərçivəsində ölən şəxsin kimliyini dəqiqləşdirilib. Məlum olub ki, skeletləşmiş meyit keçən ilin sentyabr ayından itkin düşmüş 1997-ci il təvəllüdlü Əliyarov Tərxan Rüstəm oğluna məxsusdur.

Qeyd edək ki, T.Əliyarovun ailə üzvləri bir müddət əvvəl teleaparıcı Xoşqədəm Hidayətqızının apardığı "Səni axtarıram” verilişinə çıxaraq Tərxanın yoxa çıxdığını bildiriblər və onun tapılması üçün kömək istəyiblər.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.