SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Şəhid ailələrinə yeni güzəştlər - Bu ödənişdən azad edilirlər
CƏMİYYƏT 16:41 / 13.03.2019

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər ediləcək. 

Xəbər veririk ki, bu barədə Milli Məclisin (MM) İnsan Hüquqları komitəsinin iclasında məlumat verilib. 

Bildirilib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Mühasibat uçotu haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə nəzərdə tutulan düzəlişlər "Peşə təhsili haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə həyata keçirilir. 

Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə edilib.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.