SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
ÜST Azərbaycanda tibbi xidmətlərin əlçatanlığı ilə bağlı maneələri qiymətləndirir
CƏMİYYƏT 05:16 / 14.03.2019

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Azərbaycanda uşaq və yeniyetmələr üçün tibbi xidmətlərin əlçatanlığı ilə bağlı ortaya çıxan maneələri qiymətləndirir.

Bu barədə Trend-ə ÜST-nin Azərbaycan üzrə ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, bu məqsədlə təşkilatın Avropa Ofisininin reproduktiv sağlamlıq üzrə mütəxəssislərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Səfərin məqsədi Ümumdünya Səhiyyə Xidmətlərinin Təminatı çərçivəsində cinsi, reproduktiv, ana, yenidoğulan, uşaq və yeniyetmə sağlamlığı (SRMNCAH) xidmətlərini qiymətləndirmək, bu xidmətlərin əlçatanlığını dəyərləndirmək və potensial maneələri aşkarlamaqdır.

Səfər çərçivəsində heyət artıq UNICEF, BMT-nin Əhali Fondu, ÜST-nin Azərbaycandakı nümayəndəliyi, Respublika Perinatal Mərkəzi, Səhiyyə Nazirliyi, Tibb Universitetində görüşlər keçirib və 5 saylı uşaq poliklinikasındakı şəraitlə yaxından tanış olublar


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.