SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
İlham Əliyev Vu Haylonqu qəbul edib
CƏMİYYƏT 03:38 / 14.03.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonqu qəbul edib.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Bakıda keçiriləcək VII Qlobal Forumun əhəmiyyətinə toxunuldu, bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə töhfə verdiyi vurğulandı.

Qəbula görə minnətdarlığını bildirən Vu Haylonq Azərbaycana səfərindən və bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. O, Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Çinə rəsmi səfərlərini xatırlayan Prezident İlham Əliyev orada Çin Xalq Respublikasının Sədri ilə keçirdiyi görüşlər zamanı iqtisadiyyat, ticarət, infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin inkişaf perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını qeyd etdi.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.