SON XƏBƏRLƏR
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019
Ekspert: "2 il təcrübəsi olmayanlar taksi sürməməlidir
ARAŞDIRMA 09:16 / 14.03.2019

Avtobus sürücülərindən 2-3 il staj tələb ediləcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Xəbər veririk ki, bu sözləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Bakıda avtobus sürücülərinə dair tələblərlə bağlı Nazirlər Kabinetinin qərarı qərarının bir neçə gündür yanlış şərh edilməsinə münasibət bildirərkən deyib.

Ekspert bildirir ki, qərarın həmin müddəası yanlış şərh edilib.

"Yayılan məlumatlara görə, bundan sonra avtobus sürücüsü işinə qəbul üçün 2 (və ya 3) il staj lazımdır. Amma belə deyil. Ümumiyyətlə, yeni təsdiq edilən sənəddə sürücü işləmək üçün heç bir yeni tələb yoxdur. Orada avtobus və taksi sürüclərinə aid tələblər indiyədək Yol hərəkəti haqqında və Avtomobil nəqliyyatı haqqında qanunlarda olduğu kimi təkrarlanır. Tələb belədir ki, şəxsin D, DE kateqoriyalı, yaxud D1 və D1E altkateqoriyalı vəsiqəsi varsa, o, hər hansı staji olmadan (yəni praktiki olaraq belə vəsiqəni aldığı gündən) avtobus sürücüsü kimi işə qəbul oluna bilər.
2 illik staj taksi sürücüsü üçün tələb olunur ki, bu da başadüşüləndir. Çünki yenicə B kateqoriyası alan və ömründə avtomobil sürməyən şəxsin taksi sürücüsü olması məqsədəuyğun deyil”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.