SON XƏBƏRLƏR
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019
Bakıda ŞOK CİNAYƏT - İki dost məktəbli qızı zorladı
CƏMİYYƏT 09:42 / 14.03.2019

Bakıda on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilinən paytaxt sakinləri – Məmməd Heydərov və Kənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hər iki təqsirləndirilən şəxsin cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılır.

Hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan qapalı prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hər iki təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində azyaşlı Səbinə Məlikovaya (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.

İstintaq orqanı tərəfindən Məmməd Heydərov və Kənan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İfadə verən hər iki təqsirləndirilən şəxslər özlərini təqsirli biliblər.

Daha sonra ifadə verən zərərçəkmiş hadisə barədə danışıb.

Növbəti proses martın 14-də davam edəcək.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham olunan şəxsləri üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.