SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Tacikistan-Qırğızıstan sərhədində qarşıdurma baş verib: ölən və yaralananlar var
CƏMİYYƏT 10:17 / 14.03.2019
Ötən gecə Tacikistan-Qırğızıstan sərhədindəki iki kənd arasında baş verən qarşıdurma nəticəsində bir tacik sakin odlu silahla qətlə yetirilib, hər iki tərəfdən 20-dən çox insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, insident Qırğızıstanın Batken vilayətinin Ak-Saya və Tacikistanın İsfarin rayonunun Tacikon kəndlərinin əhalisi arasında baş verib. Bu ərazidə hələ ki, dövlətlər arasında delimitasiya işləri aparılmadığından kəndlərin əhalisi arasında əkin və otlaq sahələri ilə bağlı tez-tez qarşıdurma baş verir.

Xatırladırıq ki, Tacikistanla Qırğızıstan arasında dövlət sərhədi 976 kilometrdir ki, indiyədək bunun 504 kilometri delimitasiya edilib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.