SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
"Bu bəyanat Ermənistana ünvanlanıb" - PA rəsmisi
CƏMİYYƏT 15:20 / 14.03.2019
"ATƏT həmsədrlərinin bəyanatındakı fikirlərin bir qismi Azərbaycan hökumətinin mövqeyini əks etdirir. Biz hesab edirik, bu bəyanat Ermənistana ünvanlanıb".

Xəbər veririk ki, bu sözləri Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bəyanatda bir daha aydın şəkildə qeyd edilir ki, danışıqlar prosesinə hər hansı şərtin qoyulması və ya danışıqların formatının dəyişdirilməsi kimi cəhdlər qəbuledilməzdir:

"Danışıqlar olduğu formatda davam etdirilməlidir. Bu prosesin davam etdiyi vaxtda nəticələr barədə hər hansı aqressiv ritorika əsasında fikirlərin səsələndirilməsi qəbuledilməzdir. Bəyanatda münaqişənin mərhələli həlli ilə bağlı prinsiplərə diqqət ayrılıb. Bir daha qeyd edilib ki, Dağlıq Qarabağ və ətraf ərazilər işğaldan azad edilməli, məcburi köçkünlər öz evlərinə qayıtmalı, təhlükəsizlik təmin edilməlidir. Bunların da əsasını Helsinki Yekun Aktı təşkil edir. Həmin aktda xalqların öz müqəddəratını təyin etmək və ölkələrin ərazi bütövlüyü məsələlərinin hansı əsasda həyata keçirilməsi aydın şəkildə əks olunub. Xalqların öz müqəddətarını həll etmək hüququ heç bir halda ölkələrin ərazi bütövlüyünə xələl gətirməməlidir. Qarabağın statusuna gəldikdə, Azərbaycan tərəfi ərazi bütövlüyü çərçivəsində hər zaman bu məsələni həll etməyə hazırdır. Burada Helsinki Yekun Aktının prinsiplərinə istinad olunmalıdır”.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.