SON XƏBƏRLƏR
10 Dekabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
25 Noyabr 2019
24 Noyabr 2019
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
Əfv sərəncamı Prezidentin növbəti humanist addımıdır - Əliməmməd Nuriyev - VİDEO
MÜSAHİBƏ 11:46 / 17.03.2019

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı onun növbəti humanist addımıdır.

Xezerxeber.az-ın məlumatına görə, dövlət başçsının sərəncamını şərh edən Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev belə deyib.

O qeyd edib ki, bu sərəncamdan çoxlu sayda insan yararlanır. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmis 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilməsi, bir o qədər ailənin sevincinə səbəb olub.

Əliməmməd Nuriyev bildirib ki, humanist prinsiplər əfv üçün müraciətlərdə də nəzərə alınıb. Belə ki, bütün proses şəffaf şəkildə həyata keçirilib. Bütün müraciətlər diqqətlə araşdırılıb. Heç kəsə fərq qoyulmayıb.

Əliməmməd Nuriyevin sözlərinə görə, əfv edilənlər arasında müxtəlif beynəlxalq təşkilatların "siyasi məhbus" kimi qələmə verdikləri şəxslərin də olması bir daha göstərir ki, dövlət başçsı siyasi əqidəsindən asılı olmayaraq hər kəsə eyni münasibət bəsləyir.

Qeyd edək ki, budəfəki əfv sərəncamı 1995-ci ildən sonra 65-ci sərəncamdır. Nəticədə 4500-dən çox məhkum əfv edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.