SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Baş nazirin müavini: "Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın"
CƏMİYYƏT 13:08 / 20.03.2019

"Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın. Vətəndaşın yaşayışı həmişə dövlətin diqqət mərkəzində olub. Bizim üçün ən böyük dəyər insandır. Azərbaycan vətəndaşı dövlətin ən böyük sərvətidir".

"Report" xəbər veririk ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O qeyd edib ki, insana qayğı göstərməkdən ali dəyər yoxdur:


"Bir müddət öncə, Prezident İlham Əliyevin sərəncamı ilə bütün kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması üçün sərəmcamlar imzalandı. Dövlət imkanları çərçivəsində vətəndaşların yaxşı yaşaması üçün əlavə tədbirlər görülür. Dövlət başçısının sərəncamları ilə əmək pensiyası, minimum əməkhaqqı, müavinətlər artırıldı. Vətəndaşlara verilən bütün müavinətlər artırılıb.

Hökumətin imkanları artdıqca Prezidentimiz tərəfindən bu istiqamətdə addımlar atılacaq. Dövlətin imkanları vətəndaşların rifahının yaxşılaşdırılmasına sərf edilir. Azərbaycan o qədər güclü dövlətdir ki, bu cür cəsarətli addımları atır. Güman edirəm ki, insanlar bunu yüksək qiymətləndirir”.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.