SON XƏBƏRLƏR
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
Telefon satdı, aldığı pul saxta çıxdı - VİDEO
CƏMİYYƏT 12:13 / 20.03.2019

Müştəri telefon aldığı şəxsə saxta pul verib. Ismayıllı sakini 2 ədədtelefonu internet vasitəsi ilə tapdığı müştəri üçün bakıya göndərib.tanımadığı həmin adam isə ona 100 abş dolları verib. Sonradan həmin pulların saxta olduğu üzə çıxıb.

Telefon satan şəxsə saxta pullar veriblər.

Hadisə İsmayıllı sakininin başına gəlib.Teymur İsmayılov internetdə telefonlarını satmaq üçün elan verib.Bakıdan tanımadığı bir şəxs Teymur İsmayılova zəng edərək telefonları almaq istədiyini bildirib və iki telefon üçün 100 dollar ödəməsi ilə bağlı razılaşıblar.

Teymur 2 telefonu müştəriyə taksi ilə yola salıb. Tanımadığı müştəridə Bakıdan ona 2 ədəd 50 dollar göndərib. 100 abş dollarını alan Teymur bankların birində pulu milli valyuta çevirmək istəyib. Bankdan isə bildirilib ki, həmin pullar saxtadır.

Aldadılan rayon sakini saxta pullar barədə polisə məlumat verib. O, dərhal İsmayıllı rayon Polis Şöbəsinə dəvət edilərək məsələ ilə bağlı izahatı alınıb. Polis əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.