SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
4 ölkə Türkiyəyə qarşı BİRLƏŞDİ: Qüdsdə toplantı..
DÜNYA 12:47 / 21.03.2019

Yunanıstan, Cənubi Kipr və İsrail rəsmiləri ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə toplantı keçirib.

Xəbər veririk ki, İsrail lideri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Cənubi Kipr lideri Nikos Anastasiadis Pompeo ilə Qüds şəhərində bir araya gəlib.

Görüşün ardınca ortaq açıqlamalar verilib. Liderlərin enerji müstəqilliyi və təhlükəsizliyini dəstəkləmək, Şərqi Aralıq dənizini xarici təsirlərdən qorumaq üçün əməkdaşlığı inkişaf etdirmək istədiyi bildirilib.

Daha sonra bir sıra rəsmi sənədlər imzalanıb.

Bölgədə yeni kəşf edilən enerji yataqlarının region ölkələrinə verdiyi məmnuniyyəti dilə gətirən ABŞ-ın açıq dəstəyi fərqli bir məna daşıyır. Çünki yunanlar inhisara almaq istədikləri Aralıq dənizində Türkiyəyə qarşı ABŞ-a ehtiyac duyur.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo 19-23 mart tarixlərində Yaxın Şərqə səfərində olacaq.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.