SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Alim Qasımov Parisdə "Yeddi gözəl" - Konsertində
MƏDƏNİYYƏT-ŞOU 20:08 / 21.03.2019

Parisdə UNESCO-nun baş qərargahında beynəlxalq Novruz günü münasibətilə Alim Qasımovun ifasında "Yeddi gözəl" muğam konserti keçirilib.

Konsert Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Novruzun bu mötəbər qurumun qeyri-maddi irs siyahısına salınmasının 10 illiyi münasibətilə baş tutub.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO yanında daimi nümayəndə Anar Kərimov, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən natiqlər bəşəriyyətin bu hər iki irsi haqqında, öz ənənələri ilə xalqları bir-birinə yaxınlaşdıran, universal bir dilə malik Novruz və fərqli dillərdə danışan millətlərin hər birinin hər zaman zövqlə dinlədiyi Azərbaycan muğamı haqqında ətraflı məlumat veriblər.

Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Novruzun qardaşlıq, dostluq, sülh, barışıq rəmzi olduğunu bildirib və bu bayramın bugünkü münqişələr yaşanılan bir dövrdə əhəmiyyətindən söz açıb.

Dünya şöhrətli xanəndə Alim Qasımovun ifasında Azərbaycan muğamı qonaqların gurultulu alqışları ilə qarşılanıb. Xanəndəni kamançada Mirsaeed Xavər Nejad, tarda Zəki Vəliyev, dəfdə Javidan Nəbiyev müşayiət ediblər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.