SON XƏBƏRLƏR
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
13 Iyun 2019
Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək - Əli Həsənov
MÜSAHİBƏ 09:56 / 22.03.2019

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ölkələrdir. Dövlət müstəqilliyi əldə edildikdən sonra bu ənənəvi münasibətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və qazax xalqının lideri Nursultan Nazarbayevin səyləri nəticəsində qorunub saxlanılıb və daha da inkişaf etdirilib. Həm Heydər Əliyev, həm də Nursultan Nazarbayev müstəqil dövlət qurucuları kimi öz adlarını əbədi olaraq xalqlarının tarixinə qızıl hərflərlə yazıblar.

Xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kazinform agentliyinin xüsusi müxbirinə müsahibəsində söyləyib.

"Birmənalı şəkildə demək olar ki, Qazaxıstanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında son 30 il ərzində baş vermiş bütün müsbət dəyişikliklərdə həlledici rol məhz N.Nazarbayevə məxsusdur. Qazaxıstan onun müdrik siyasəti nəticəsində beynəlxalq siyasətin nüfuzlu aktoruna, sürətlə inkişaf etmiş və dünyanın aparıcı iqtisadiyyatları sırasına qoşulmağı hədəfləyən sənaye ölkəsinə çevrilib.

Nursultan Nazarbayevin bütün fəaliyyəti öz xalqının rifahına xidmətə həsr olunub. O, həmçinin sadəcə qazaxların deyil, türk-müsəlman dünyasının tanınmış siyasi xadimidir. Buna görə də əminik ki, N.Nazarbayevin qəbul etdiyi növbəti qərar da qazax xalqının taleyində müsbət addım olacaq”, - deyə Əli Həsənov qeyd edib.

Ə.Həsənov vurğulayıb: "Azərbaycan inanır ki, bu qərar qazax xalqının firavan gələcəyini təmin edəcək. Şübhəsiz ki, Azərbaycan dövləti Qazaxıstanla, onun formalaşmaqda olan yeni rəsmi strukturları ilə dostluq, tərəfdaşlıq kursunu bundan sonra da davam etdirəcək”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.