SON XƏBƏRLƏR
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
Gürcüstanın müdafiə nazirindən azərbaycanlı əsgərlərə Novruz təbriki
CƏMİYYƏT 11:05 / 22.03.2019

Gürcüstanın müdafiə naziri Levan İzoria Marneulidəki hərbi hissədə azərbaycanlı əsgərlərlə görüşüb, onları Novruz bayramı münasibətilə təbrik edib.

Xəbər veririk ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, nazir Levan İzoria, Baş qərargah rəisi general-mayor Vladimir Çaçibaya və digər yüksək rütbəli zabitlər Marneulidə yerləşən hərbi hissədə azərbaycanlı əsgərləri Novruz bayramı münasibətilə onları şirniyyata qonaq ediblər.

Nazir övladlarını layiqli vətənpərvər kimi tərbiyə etdikləri üçün azərbaycanlı əsgərlərin valideynlərinə minnətdarlığını bildirib. "Biz etnik azlıqlardan olan əsgərlərin müdafiə qüvvələrində qalıb xidmət keçmələrinə, inteqrasiyasına, gürcü dilini daha yaxşı öyrənmələrinə və professional kadr kimi inkişafına hər cür şəraiti yaratmağa hazırıq”, – deyə L.İzoria vurğulayıb.

Nazir Novruz bayramı ilə əlaqədar müvafiq əmr imzalayıb. Əmrə əsasən martın 21-i və 22-si müsəlman hərbçilər üçün istirahət günü elan olunub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.