SON XƏBƏRLƏR
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Polis həyətində çətənə əkəni saxladı - VİDEO
CƏMİYYƏT 10:16 / 22.03.2019

Balakən rayon sakinindən narkotik vasitə götürülüb.

Xəbər veririk ki, Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Xalatala kənd sakini Ramazan Timirov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə bitkisinin şitilləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.