SON XƏBƏRLƏR
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
''İnstaqramda'' vətəndaşı aldadıb pulunu aldı - VİDEO
CƏMİYYƏT 23:36 / 22.03.2019

İnstaqram sosial şəbəkəsində yeni dələduzlar peyda olub. Onlar izləyici sayı çox olan səhifələrin satılması ilə bağlı elan paylaşırlar. Səhifəni almaq istəyən şəxslər isə müraciət etdikdə, onların pulunu alıb yoxa çıxırlar. Belə bir hadisə ilə paytaxt sakinlərindən biri qarşılaşıb.

''İnstaqramda'' vətəndaşı aldadıb pulunu aldı.

Əvvəlcə sosial şəbəkədə səhifənin satılacağı ilə bağlı elan paylaşılır,sonra isə həmin səhifəni almaq üçün müraciət edənlərdən pul alaraq yoxa çıxır.Nəticədə də vətəndaşlara maddi zərər vururlar.

Belə bir hadisə ilə Bakı şəhər sakini Səbuhi Bəylərov qarşılaşıb.Onun sözlərinə görə İnstaqramda izləyici sayı çox olan bir səhifə almaq istəyib.Diqqətini isə satılması ilə bağlı elan yazılan243 min izləyicisi olan səhifə cəlb edib.Bundan sonra isə O, səhifəni idarə edən şəxslə əlaqə saxlayaraq almaq istədiyini bildirib.

Səbuhi Bəylərov pulu Poçt vasitəsi ilə əvvəlcədən razılaşdıqları kimi Hüseynova Günay Qədim qızının adına göndərib.Sonra isə həmin şəxslə əlaqə saxlayaraq pulu göndəridiyini deyərək səhifənin şifrəsini istəyib.Bu danışıqdan sonra heç bir xəbər çıxmayıb. Səbuhi Bəylərovun iddiasına görə onu aldadan şəxs İsmayılov Ramin Musa oğludur.

Problemlə bağlı məsələdə adı hallanan Ramin İsmayılovla əlaqə saxlasaqda telefon zənglərinə cavab verən olmadı. Hazırda Səbuhi Bəylərov hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayyət edib.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.