SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Azərbaycanın yeni silahı Ermənistanı SİLKƏLƏDİ - İrəvan TƏŞVİŞ İÇİNDƏ/VİDEO
REPORTAJ 12:12 / 28.03.2019

Azərbaycanın Belarusda "Lektor” 7A0917 artilleriya kompleksi alması Ermənistanda təşviş və narazılıq yaradıb.

Xəbər veririk ki, Ermənistan mediası Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında müttəfiqlik öhdəliklərinə əməl etmədiyini yazır.

Erməni şərhçi Qraçya Qalustyan yazır ki, Belarus növbəti dəfə Azərbaycanı Ermənistandan üstün tutdu.

"Ermənistan rəhbərliyi isə bu məsələdə Belarusda heç bir izahat tələb etmir, eynilə köhnə hakimiyyətin getdiyi yol ilə gedir”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın əldə etdiyi yeni silah Belarusun "Aqat İdarəetmə Sistemləri” şirkətinin istehsalı olan 7A0917 "Lektor” daşınan artilleriya atəş idarəetmə kompleksidir. Silahlanmaya yeni qəbul edilmiş kompleks mart ayının ortalarında keçirilmiş hərbi təlimdə istifadə olunub.

Batareya komandiri üçün nəzərdə tutulan kompleksin tərkibinə radiostansiya, "Kaponir” elektro-optik müşahidə sistemi, VM2307 markalı tablet, batareyanın baş zabitinin texniki vasitələrinin tərkibinə radiostansiya, GMX500 meteostansiyası və VM2307-in tableti, top komandirləri üçün VM2306 əl tableti, radiostansiya və silahı tənzimləmə üçün alətlər daxildir.

Texniki vasitələr artilleriya batareyasının idarə edilməsi və atış hazırlığı ilə bağlı bütün məsələləri həll etməyə imkan verir. "Lektor” kompleksi ilk dəfə fevral ayında Abu Dabidə keçirilmiş İDEX-2019 sərgisində nümayiş etdirilib. İstehsalçının məlumatına görə, kompleksin sınaqları tamamlanıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.