SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Hikmət Hacıyev: Münaqişənin həlli üzrə ictimai səviyyədə dialoqların aparılması gündəmdədir - VİDEO
REPORTAJ 06:21 / 31.03.2019
Vyanada Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirmək olar. Çünki bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılır və format dəyişməz qalır. Beləliklə, Ermənistanın bundan əvvəl danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrini münaqişə tərəfi kimi danışıqlar masasına oturtmaq cəhdləri iflasa uğradı.

Danışıqlarda humanitar məsələrlə bağlı ilkin razılıq da Azərbaycanın uzun müddətdir irəli sürdüyü prinsiplərə uyğundur. Bu görüşə qədər Ermənistan xalqın sülhə hazırlanmasından, humanitar məsələlərdən, beynəlxalq səviyyədə münasibətlərin bərpasından qaçırdı.


Görüşlə bağlı "Xəzər Xəbər"əaçıqlama verən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Vyana görüşü münaqişənin həlli istiqamətində danışıqlara yeni impuls verdi.


Hikmət Hacıyev hesab edir ki, Ermənistanın bu məsələdə atmalı olduğu ciddi addımlar var.


Bundan əlavə, danışıqların mövcud formatda və əldə olunan ilkin razılıqlar istiqamətində davam etdirilməsi də qərara alınıb. İlkin olaraq yaxın günlərdə xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Vyanada keçirilmiş bu səfərin təşkilinə görə Prezident İlham Əliyev avstriyalı həmkarına minnətdarlığını bildirib. Bu görüş həm də Azərbaycan və Avstriya arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Səfər çərçivəsində dövlət başçısı Avstriya Federal kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə görüşlər keçirib. İki ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradılıb.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




eomaterialı təqdim edir:


©


      Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
      Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
      İctimai Birliyinin sədri Əsgər Məmmədov
      Tel: 012 566 28 48
      Mobil: 055 485 68 08
      İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.