SON XƏBƏRLƏR
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Qənirə Paşayeva gündəmi alt-üst edən VİDEODAN DANIŞDI: Bu nə dəhşətdir, ilahi?
REPORTAJ 01:35 / 01.04.2019

Bu nə dəhşətdirilahi? Bu adamlar gerçəkdən nə oxuduqlarınınnəyə oynadıqlarınınbu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi?

Xəbər veririk ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkə hesabında qeyd edib.

Deputat son vaxtlar trendə çevrilən "Kazbekə şey basım, fırlanım” mahnısının zərərli olmasını diqqətə çatdırıb:

"Həmkarım Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyirəm və qoşuluram. Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm. Bu videoların uşaqlar və yeniyetmələr üçün nə qədər zərərli bir təbliğat olmasının, görəsən, bu videolara çəkilən, çəkən və yayan adamlar, onların ailəsi, yaxınları gerçəkdən fərqində deyillərmi?

Çox düşündürücü və narahatverici bir məsələdir. Çox üzüldüm, üzüntü və ciddi narahatlıqla izlədim. Təəssüf... Amma bu cür videolara, narkomaniyanı təbliğ edənlərə qarşı ciddi addımlar atılmalıdır. Tədbirlər görülməlidir. Çox təəssüf... Böyüyən uşaqlarımızı düşünün bu addımı atmazdan əvvəl. Üzüntüvericidir. Tezliklə yığışdırılması lazımdır bu videoların".

Qeyd edək ki, millət vəkili Fazil Mustafa son günlər sosial şəbəkələrdə trendə çevrilən "Kazbekə şey basım, fırlanım” mahnısına görə Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. Deputat bu mahnının cinayət tərkibli olduğunu vurğulayıb


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.