SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Dağlıq Qarabağ danışıqları: 3 şəhərdən biri seçiləcək
SİYASƏT 10:11 / 06.04.2019
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) birinin paytaxtında baş tutacaq.

Xəbər veririk ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, hazırda görüşün tarixi ilə bağlı danışıqlar aparlır.

Mətbuat katibi xatırladıb ki, martın 29-da Vyanada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə qəbul olunmuş birgə bəyanatda yaxın zamanlarda iki ölkənin xarici işlər nazirləri arasında görüş keçirilməsi ilə bağlı razılığa gəlindiyi qeyd olunub:

"Bununla əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüssel səfəri çərçivəsində belə bir açıqlama ilə çıxış etdi ki, nazirlərin qarşıdan gələn görüşü barədə razılaşma əldə olunub və belə bir görüş yaxın zamanlarda həmsədr ölkələrinin birinin paytaxtında baş tutacaq. Konkret görüşün vaxtına gəlincə, bu məsələ Bakı və Yerevan arasında razılaşdırılandan sonra bəyan ediləcək".

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.