SON XƏBƏRLƏR
20 Iyun 2019
19 Iyun 2019
18 Iyun 2019
Lavrov: Moskvanın mövqeyi dəyişməzdir, işğal edilmiş ərazi...
SİYASƏT 10:42 / 06.04.2019
ABŞ Qolan yüksəkliklərini İsrailin ərazisi kimi tanıyaraq, beynəlxalq hüquq bazasını dağıtmağa çalışır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Misirin "Al-Ahram” qəzetinə müsahibəsində söyləyib.

"İşğal edilmiş Suriyanın Qolan yüksəkliklərinin İsrail tərəfindən zəbt edilməsinin ABŞ tərəfindən tanınması BMT Nizamnaməsi, beynəlxalq hüquq prinsipləri, ərəb-İsrail münaqişəsinin nizama salınması üzrə BMT Təhlükəsizlik Şurasının qətnamələri, hər şeydən əvvəl 479 saylı qətnamənin kobud pozuntusudur", - Lavrov Misirə səfəri ərəfəsində bildirib.

Lavrovun sözlərinə görə, belə qərar Yaxın Şərqdə uzunmüddətli, möhkəm və ədalətli sülhə nail olmaq şanslarını heçə endirir.

"Yaxın Şərq məsələsində Vaşinqtonun mövqeyi ABŞ-ın ümumi xəttinə uyğundur: beynəlxalq razılaşmaların dağıdılması, hansısa nizama və qaydalara əsaslanaraq beynəlxalq hüququn dəyişdirilməsi”, - o əlavə edib.

Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb ki, Suriyanın Qolan yüksəkliklərinin statusu haqqında Moskvanın mövqeyi dəyişməz qalır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə ötən ay Vaşinqtonda görüşü zamanı Qolan yüksəklikləri üzərində İsrailin müstəqilliyinin tanınması haqqında bəyannaməni imzalayıb.

Qolan yüksəklikləri 1967-ci il "altıgünlük müharibə”nin gedişatında tutulub və İsrail 1981-ci ildə ərazini birtərəfli qaydada zəbt edib. Ərazinin statusu İsrail-Suriya münaqişəsinin əsas predmeti hesab edilir./publika.az

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.