SON XƏBƏRLƏR
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
Kompensasiya alacaq vətəndaşlara məhkəmədən bildiriş gəlir - VİDEO
CƏMİYYƏT 10:14 / 10.04.2019

Bir müddətdən sonra dollarla kredit borcu olan vətəndaşlara kompensasiyaların verilməsinə başlanılacaq. Amma bəzi vətəndaşlara müəyyən məhkəmələrdən borcun ödənilməsi ilə bağlı bildirişlər gəlir. Təbii ki, bu vətəndaşlarda müəyyən narahatlıq yaradıb. Məsələyə Maliyyə Bazarlarına Nəzarət Palatası aydınlıq gətirib.

Xarici valyutda olan problemli kreditlərlə bağlı vətəndaşlara kompensasiyanın veriləcəyi haqqında qərar olsa da, bəzi vətəndaşlara müxtəlif məhkəmələrdən məktublar gəlir. Məktublarda borcun ödənilməsi tələb edilir.

Ramil Kazımov adlı şəxsə gələn sənəd onlardan biridir. Sənəddə vətəndaşdan 10 min dollara yaxın borcun ödənilməsi tələb edilir. Əks halda onunla balğı müxtəlif tədbirlərin görüləcəyi qeyd edilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Tural Feyzullayev bildirib ki, bu tipli sənədləri olan vətəndaşlar ilk növbədə qurumun saytına daxil olaraq kompensasiya məbləğinin sorğulanması bölməsindən özü haqqında məlumatlarla tanış olmalıdırlar.

Elektron sistemdə vətəndaşa ödəniləcək kompensasiya haqqında tam məlumat yerləşdirilir.Restruksizasiya təkliflərindən yararlanmaq imkanları olan, başqa sözlə desək ölkə başçısının fərmanında nəzərdə tutulan kriteriyalara cavab verən borclulara məhkəmə tərəfindən gələ biləcək belə bildirişlərə xitam verilir.

Məhkəmədən bildiriş alan vətəndaş palata ilə də əlaqə saxlayıb ətraflı məlumat ala bilər.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.