SON XƏBƏRLƏR
21 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
“AZAL” prezidenti Batumi şəhərinin meri ilə görüşüb
REPORTAJ 06:04 / 13.04.2019

Aprelin 12-də Bakıda işgüzar səfərdə olan Batumi şəhərinin meri Laşa Komaxidze "AZAL” prezidenti Cahangir Əsgərovla görüşüb.

Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər bu ilin 14 iyun tarixindən etibarən Azərbaycanın loukosteri "Buta Airways” tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə ediblər.

Cahangir Əsgərovun sözlərinə əsasən, Bakı-Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq, belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir.

Cahangir Əsgərov bildirib ki, bundan başqa, "AZAL” aviaşirkəti də Tbilisiyə birbaşa reyslər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar dairələrin əlaqələrini, turist axınını artıracaq, ümumiyyətlə, regionlararası əməkdaşlığın inkişafına töhfə verəcək.

Öz növbəsində, Laşa Komaxidze Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib. Batumi şəhərinin meri qeyd edib ki, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində strateji tərəfdaşdırlar.

Bizimlə əlaq


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.