SON XƏBƏRLƏR
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
“Range Rover” piyadanı vurub öldürdü - FOTO
CƏMİYYƏT 13:17 / 13.04.2019

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”a istinadən xəbər veririk ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, Ağdaşdan Bakı istiqamətində hərəkətdə olan avtomobil Hacıqabul ərazisində dayanıb. Bir nəfər tualetə getmək üçün maşından düşərək yolun qarşı tərəfinə keçib. Xəyal adlı Ağdaş rayon Qoşaqovaq kənd sakini geri qayıdan zaman onu "Range Rover” markalı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən, yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.