SON XƏBƏRLƏR
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
Ramil Usubov İlqar Şabanova YÜKSƏK VƏZİFƏ VERDİ
CƏMİYYƏT 16:26 / 13.04.2019

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Report"a istinadən xəbər veririk ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlqar Şabanov Salyan rayon Polis şöbəsi rəisinin əməliyyat üzrə müavini təyin edilib.

Qeyd edək ki, İ.Şabanov bu təyinatadək Kəlbəcər rayon Polis şöbəsində təhqiqatçı vəzifəsində işləyib. O, 2013-2019-cu illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Faiq Şabanovun qardaşıdır. F.Şabanov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.