SON XƏBƏRLƏR
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
Bakı Metropoliteni tarixində İLK: qatarları qadın maşinist idarə edəcək
CƏMİYYƏT 15:02 / 13.04.2019

Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.

Trend-in məlumatına görə, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

10-dan artıq qadın maşinist kimi çalışmaq üçün müraciət etsə də, onların arasında yalnız Günay Həbibli seçilib və Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb.

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb. Seçim turlarını uğurla keçdikdən sonra öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.