SON XƏBƏRLƏR
19 Iyun 2019
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
“Xocasən” deposu yaxın vaxtlarla fəaliyyətə başlayacaq
CƏMİYYƏT 19:08 / 13.04.2019

"Bakı Metropoliteni" QSC-də Bənövşəyi xəttin idarəetmə sistemlərini həyata keçirən yeni tipli vahid dispetçer mərkəzinin qurulması nəzərdə tutulur. Bildiririk ki, bu mərkəz digər xətlərin də dispetçer mərkəzlərinə rəhbərlik etməyə imkan verəcək.

Yaşıl və Qırmızı xətlərin yeni idarəetmə sistemlərinə keçirilməsi istiqamətində də ən mühüm addımlar 2019-cu il ərzində atılacaq və işlərə "Nərimanov" elektrik deposunda "ox sayğacı" sistemi üzərində işarəvermənin ən yeni sisteminin tətbiqi ilə başlanılıb.

Bənövşəyi xəttin Ceyhun Səlimov küçəsində yerləşən 3-cü stansiyası ilə yanaşı, Xocasəndə inşa olunan deponun bir hissəsi istifadəyə verilməlidir. Həmin mərhələdən başlamaqla, deponun idarəetmə sistemləri xətt üzrə qurulmaqda olan vahid layihəyə tam uyğun olmalıdır.

Yaxın aylarda "Avtovağzal" stansiyasını "Xocasən” deposu ilə birləşdirən ikinci tunelin də qazıntısı başa çatdırılacaq və infrastrukturun qurulması istiqamətində işlər sürətləndiriləcək.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.