SON XƏBƏRLƏR
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
XİN: Aİ ilə imzalanmış sənədlərdə Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb, ola da bilməz
CƏMİYYƏT 05:11 / 14.04.2019
Avropa İttifaqı (Aİ) ilə imzalanmış sənədlərdə Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb, ola da bilməz.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Trend-in sorğusuna cavab olaraq bildirib.

L.Abdullayeva deyib: "Son zamanlar bəzi KİV-də ölkəmizin Aİ ilə apardığı yeni saziş üzrə danışıqlara istinad edilərək, guya ki, Aİ-nin ölkəmizin ərazi bütövlüyünü dəstəkləmədiyi ilə bağlı məlumatlar yayılır. Bununla bağlı qeyd etmək istərdim ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir.

Sizi əmin edirəm ki, Aİ ilə Azərbaycan arasında imzalanmış digər ikitərəfli və çoxtərəfli sənədlərdə, Aİ institutları tərəfindən son illərdə qəbul edilmiş qətnamə və bəyanatlarda olduğu kimi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü heç vaxt müzakirə predmedi olmayıb və ola da bilməz".

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.