SON XƏBƏRLƏR
19 Iyun 2019
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
Azərbaycan diaspor rəhbəri Rusiya Prezidentinin Fəxri fərmanına layiq görülüb
CƏMİYYƏT 11:09 / 14.04.2019
Rusiyanın Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, Krasnoyarsk şəhər Deputatları Şurasının deputatı Taleh Mahmudov Rusiya Prezidentinin Fəxri fərmanı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Sərəncam "Rəsmi hüquqi informasiya portalı”nda yerləşdirilib.

Sərəncamda deyilir ki, Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, "Bionika” bərpa terapiyası klinikası” MMC-nin direktorlar şurasının sədri Taleh Mahmudov qazandığı nailiyyətlərə, ictimai işdə fəallığına və uzun illər vicdanlı əməyinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri fərmanı ilə təltif olunur.

Taleh Mahmudov Azərbaycanın Ağsu rayonunda anadan olub. Krasnoyarsk Dövlət İnşaat Mühəndisləri İnstitutunun məzunudur.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.