SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Qızıl axtarırdılar, qədim abidə çıxdı - Tovuzda - TƏFƏRRÜAT - VİDEO
CƏMİYYƏT 15:16 / 14.04.2019

Tovuzda naməlum şəxslər dağın ətəyində qazıntı işləri aparıblar. Qazıntıların qızıl tapmaq məqsədilə aparıldığı iddia edilir. Lakin qazıntılar zamanı daha dəyərli hesab edilə biləcək materiallar tapılıb. Həmin ərazidən albanlara məxsus qəbir daşları, qədim quyular və şəhərcik qalıqları aşkar edilib. Dağətəyi ərazidə alban mədəniyyətinə aid bir çox abidənin izləri də var.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Tovuzun Məşədilər kəndindən gedir.

Sakinlərin sözlərinə görə, bu ərazi qədim yaşayış məskəni olub. Albanlara məxsus olduğu iddia edilən bu tapıntıların tarixi bir neçə əsr əvvələ gedib çıxır. Qəbir daşları olduğu güman edilən bu sal daşların üzərində ucları yarpağa oxşayan xaç işarələri həkk edilib. Bu cür xaçlar isə qədim alban mədəniyyətində mövcud olub. Dağın ucqar hissəsində, sıldırımlı qayaların arasında albanlara məxsus şəhərcik də yerləşib.

Sakinlərin sözlərinə görə, 1980-ci ildən 88-ci ilə kimi ermənilər üzdə olan bu cür abidələrin üzərindəki xaçların formasını dəyişməyə cəhd ediblər. Lakin sakinlər bu məkrli addımı anlayaraq qarşısını alıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.