SON XƏBƏRLƏR
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
Fuad Abbasov həbs edildi - Deportasiya olunur
CƏMİYYƏT 16:19 / 14.04.2019

Moskvada həbs edilən azərbaycanlı jurnalist Fuad Abbasov Rusiyadan deportasiya edilir.

Yenicag.az xəbər verir ki, bu barədə qərar dünən Moskva məhkəməsi tərəfindən qəbul edilib.

"Polis Abbasovun mənzilində axtarış apardıqdan sonra onu həbs edib. Abbasovun deportasiyası bazar ertəsi həyata keçiriləcək, – mənbə bildirib.

Qeyd edək ki, Fuad Abbasovun deportasiyasının tələbi ilə Rusiyanın bir neçə azərbaycanlı icması Moskva məhkəməsinə müraciət edib.


Xatırladaq ki, son zamanlar Rusiyada Azərbaycan diasporu ətrafında böyük bir qalmaqal yaşanıb. Belə ki, Rusiya ictimaiyyətinin bir sıra aktivistləri Abbasovu diaspor təşkilatının yeni rəhbəri postuna təyin edib.


Rusiyada Azərbaycanlılar Konqresinin və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) rəhbərliyi də daxil olmaqla, digər fəallar isə bu təşəbbüsə qarşı çıxıb və Fuad Abbasovu ittihamçı adlandırıblar.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.