SON XƏBƏRLƏR
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
Problemli kreditlərə görə kompensasiya alacaq şəxslərin nəzərinə: Sabahdan etibarən…
CƏMİYYƏT 18:48 / 14.04.2019
Sabah problemli kreditlərlə bağlı kompensasiya alacaq vətəndaşlar barədə məlumatların tam olaraq "pk.fimsa.az” portalına inteqrasiya olunması prosesi yekunlaşacaq.

Turkustan.infobildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) ONA-ya verilən məlumata görə, problemli kreditlərin ödənişləri ilə bağlı yaradılmış pk.fimsa.az portalına daxil olmaqla bütün fiziki şəxslər onlara hesablanmış cəmi kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları əldə edə biləcək.

Qeyd edək ki, indiyə qədər məlumatların portala inteqrasiyası getdiyindən fiziki şəxslərin bir qismi onlara ödənəcək kompensasiya ödənişi barədə məlumat əldə edə bilməyib. Belə hallarda vətəndaşlara onlar haqqında məlumatların yenilənməsinin getdiyi barədə məlumat verilib.

Problemli kreditlərlə bağlı kompensasiya və restrukturizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.