SON XƏBƏRLƏR
19 Iyun 2019
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad edildi
CƏMİYYƏT 21:49 / 14.04.2019

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Dəyişiklikliyə əsasən, reaktiv mühərriklər üçün "TC-1” markalı yanacaq, o cümlədən "KO-20” markalı kerosin və "KT-2” markalı texniki məqsədlər üçün kerosin 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Bu qərar dərc edildiyi gündən 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə 15 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılır.

Nazirlər Kabinetinin həmçinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə də dəyişiklik edib.

Dəyişikliyə əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün "TC-1” markalı yanacaq, o cümlədən "KO-20” markalı işıqlandırıcı kerosin və "KT-2” markalı texniki məqsədlər üçün kerosinin 1 tonuna 1 manat aksiz vergisi tətbiq olunur.

Bu qərar da 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonuna 80 manat aksiz vergisi tətbiq olunması qüvvədə saxlanılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.