SON XƏBƏRLƏR
19 Iyun 2019
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
İlk qadım maşinist: `Bu iş mənim üçün çətin deyil
CƏMİYYƏT 20:00 / 14.04.2019

İlk maşinist qadın olduğum üçün sevincliyəm. Bu sözləri ilk qadın maşinist Günay Həbibli axu.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, 2016-cı ildən metronun Memar Əcəmi stansiyasında qatarları qəbul edib yola salırdı:

"Maşinistlərin işə qəbulu ilə bağlı elanı gördüm. Özümü sınamaq üçün sənədlərimi hazırlayıb müraciət etdim.10 qadın maşinist namizəd arasından seçildim. Bu, mənim üçün böyük uğurdur.

Artıq aprel ayından etibarən maşinist olaraq çalışıram. Düşünürəm ki, bu böyük məsuliyyətdir. Gün ərzində metrodan minlərlə sərnişin istifadə edir və biz onların qatarlarda təhlükəsiz şəkildə aparılmasına cavabdehik. İşimi sevirəm və həvəslə görürəm. Bəlkə də ona görədir ki, bu iş mənim üçün heç də çətin deyil”.

***

12:10 - Bakı metropoliteni tarixində ilk qadın maşinist işə götürülüb. FaktXəbər bildirir ki, metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb. 

10-dan artıq qadın müraciət etsə də, onların arasından yalnız biri - Günay Həbibli seçilib və Bakı metropoliteni tarixində ilk qadın maşinist kimi işə götürülüb. 

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən Günay Həbibli buna qədər "Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.