SON XƏBƏRLƏR
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
Baş nazir: Ermənistan narkotacirlər üçün şərait yaradır
SİYASƏT 15:49 / 15.04.2019

Ermənistan işğal altındakı torpaqlarda və hərbi münaqişə zonalarında narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradır. 

Bu fikirləri Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxış edən baş nazir Novruz Məmmədov deyib.

O bildirib ki, Azərbaycan da belə bir problemlə üzləşib. 

"Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də, narkotrafikə və digər cinayət hallarına şərait yaradır.

Bu, narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə də gətirib çıxarır. Bu halların aradan qaldırılması üçün işğal olunmuş ərazilərdə iqtisadi-maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırımlarının qarşısı alınmalıdır”.

Baş nazir qeyd edib ki, Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.