SON XƏBƏRLƏR
19 Iyun 2019
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
Bərdədə 150 yaşlı hamam dağılmaq üzrədir - VİDEO
CƏMİYYƏT 16:04 / 15.04.2019

Bərdənin Şirvanlı kəndində tarixi hamam dağılmaq üzrədir.

Məlumata görə, Şirvanlı hamamının əsası XVIII əsrdə Seyid Heydər tərəfindən qoyulub.

Tikintisində keyfiyyətli inşaat materiallarından istifadə edilməsi tarixi abidənin bu günə qədər gəlib çatmasına imkan verib.

Yerli sakinlərin sözlərinə görə, hamam həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar üçün nəzərdə tutulub. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır. 

Ötən əsrin 70-ci illərinə kimi fəaliyyət göstərən hamama sonralar tələbat azaldığından fəaliyyəti dayandırılıb.

Uzun müddət istifadəsiz qalan hamam bərbad vəziyyətə düşüb. Sakinlər bildirir ki, tarixi hamamın bərpa olunması zərurəti ortaya çıxıb. 



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.