SON XƏBƏRLƏR
20 Iyun 2019
19 Iyun 2019
18 Iyun 2019
Səhiyyə işçilərinin vətəndaşın başına açdığı oyunlar
MÜSAHİBƏ 02:29 / 16.04.2019

Bugünkü müsahibimiz Həsənova İlhamə- nin başına gələnlər..

2018 -ci il yanvarın 10 da işə gələrkən məni maşın vurdu. Sürücü özü məni Diaqnoz tibb mərkəzinə apardı orada mənə çanaq sümüyün sınıb dedilər və evə göndərdilər ki uzanmaqla bitişəcək. Mən xəstəxanadan gələndən sonra ayağımda ağrılar olduğunu gördüm və göndərişlə Travmatologiyaya göndərdilər amma orda demədilər ki, sənin ayağın yaxşı vəziyyətdə deyil və sənədə məni maşın vurması yazılmadı.Məni vuran adam məhkəmədə qol çəkdirdi bir qədər pul verib yola saldı. Ayağım gündən -günə pisləşirdi mən həkimə zəng edəndə həkim Abdullayev Akif məni tanımadığını bildirdi. Sənədləri götürüb getdim həkimin yanına ondan sonra qorxdu onu şikayət edəcəyimi dedim və yenidən sənəd yazdı mənə.  İşi apellyasiya məhkəməsinə verdim. Ve borc -xərc tapıb Turan klinikasına əməliyyata getdim bu əsnada məni məhkəməyə çağırdılar mən əməliyyat olduğumçün məhkəməyə getmədim səbəb olaraq  əməliyyat sənədlərini məhkəməyə faksla göndərdim ki məni üzrlü hesab edin.  Daha sonrakı məhkəmədə mənə 4000  manat pul verdilər. Mən pulu götürmürdüm, dedim ki məni vurub gedib cəzasını çəksin mənə dedilər ki, bu pulu götür get borclarnı bağla müalicələrini elətdir və işi bağladılar.

Hal hazırda məni süründürürlər mənim ayağım günü- gündən pisləşir və protezə doğru gedir. TSEK də olan Cavanşır və Mətanət həkim məni dövlət xəstəxanasında müalicə və müayinə olunsun Sabunçu xəstəxanasında 15 gün yatdım amma mənim müalicəm gecikmişdi mənim sümüyüm inkişafdan qalmışdı. Sabunçu xəstəxanasında mənə əlillik yazıldı.  Amma mənə əlillik təyin edilmir 14 aydır mən zülüm çəkirəm. Aidiyyatı qurumlardan xahiş edirəm ki, mənim işimə baxılsın və lazımi tədbirlər görülsün


Həsənova İlhamə Gülheydər qızı


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.