SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Efirdə söyüş söyən müğənninin AZTV-dəki verilişi bağlandı, digəri müğənni isə efirdən qovuldu
CƏMİYYƏT 07:49 / 17.04.2019

Əməkdar artist Rəşad İlyasovun AzTV və "Mədəniyyət” telekanalında yayımlanan "Yaradanlar və yaşadanlar” proqramı bağlanıb. 

Məlumata görə, bu barədə "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramının aparıcısı Tarix Əliyev bildirib. 

Verilişinin aparıcısı R.İlyasovun sözügedən qalmaqalından sonra verilişin yayımdan qaldırıldığını, bir müddətində sənətçinin aparıcı kim efirə çıxmayacağını dilə gətirib.

Canlı efirə zəng edən Əməkdar artist Rəşad İlyasov məlumatı təsdiqləyib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Space” TV-də "Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən R.İlyasovla birlikdə dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Bundan əlavə Xəzər televiziyasında yayımlanan "Hər şey daxil” verilişində Rüfət Axundov qonaq olub. Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.