SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Prezident İlham Əliyev Neftçilər parkında yaradılan şəraitlə tanış olub - VİDEO
CƏMİYYƏT 09:11 / 19.04.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

Xezerxeber.az-ın məlumatına görə, ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında "IDEA" İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Sonra dövlət başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb, söhbət ediblər. Qəsəbə sakinləri son zamanlar dövlətin həyata keçirdiyi tədbirlərin onların sosial rifahına birbaşa təsir etdiyini bildiriblər.

Prezident İlham Əliyev isə deyib ki, pensiya və müavinətlərin artırılması davam etdiriləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suraxanı rayon İcra Hakimiyyətinin başçısından rayonda görülən işlər və mövcud olan problemlər barədə məlumat alıblar.

Parkda abidəsi ucaldılan Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova şəhid ailələrinə göstərilən diqqətə görə dövlət başçısına təşəkkür edib.

Qəsəbə sakini Saray Rəhimova isə tələbə təqaüdlərini artırdığına görə dövlət başçısına təşəkkür edib.

Söhbət zamanı dövlət başçısı Azərbaycanda sabitliyin mənbəyinin xalq-iqtidar birliyi olduğunu vurğulayıb. Prezident İlham Əliyev bu birliyin daha da güclənməsi üçün dövlətin lazım olan bütün addımları atacağını vurğulayıb.

Qeyd edək ki, bu il fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və iştirakı ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə parkın ərazisində 613, bu il aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə daha 300 ağac əkilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq "Stella" quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə qoyulmuş büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, "Veteranlar guşəsi" və iaşə obyektləri yenilənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


©

      Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
      Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
      İctimai Birliyinin sədri Əsgər Məmmədov
      Tel: 012 566 28 48
      Mobil: 055 485 68 08
      İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.