SON XƏBƏRLƏR
27 May 2019
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Azərbaycanda hər il 20 min abort etdirilir - RƏSMİ
CƏMİYYƏT 10:17 / 19.04.2019

"Azərbaycanda hər il 20 min abort etdirilir”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı deyib.

O bildirib ki, dünyada hər gün 8 min qız uşağı ölür: "Eyni zamanda, dünyada hər il 700 milyon yetkinlik yaşına çatmayan qızlar nikaha cəlb edilir. Biz problemlərdən danışmağa qorxmamalıyıq. Uşaq hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsidir. Biz bu problemlərdən danışan kibercinayətlərdən də danışmalıyıq. Bu gün sosial şəbəkələrdə feyk səhifələr yaradılaraq uşaqlarla münasibətlərin qurulması həyata keçirilir. Bu, böyük problemlərdəndir”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.