SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Siyəzən və Salyanda ağır qəzalar - 2 nəfər ölüb, yaralılar var - VİDEO
HADİSƏ 12:46 / 20.04.2019

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.

Rusiya vətəndaşı, 39 yaşlı Ramil Məmmədovun sükanı arxasına əyləşdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Salyandakı qəzada isə azyaşlı ölüb. Hadisə Ələt-Astara magistral yolunun 27-ci kilometrliyində rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Şəkərli kənd sakini, 36 yaşlı Səxavət Rzayev avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan Qaradağ rayonunun Ələt qəsəbə sakini, 4 yaşlı Rufan Əhlimanov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşağın atası, 31 yaşlı Mayıl Əhlimanov, anası 28 yaşlı Asudə Əliyeva və avtomobilin sürücüsü Salyan Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.