SON XƏBƏRLƏR
20 Iyun 2019
19 Iyun 2019
18 Iyun 2019
Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi
MƏDƏNİYYƏT-ŞOU 11:18 / 20.04.2019

Yasamal Rayon Məhkəməsində "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesə müğənnilər gəlməyib. Məhkəmə prosesində müğənnilərin və şikayətçi tərəfin vəkilləri iştirak edib.

Proses mayın 1-də davam edəcək.

Qeyd edək ki, aprelin 5-də "Space TV"də "Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, müğənnilərin 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Daha sonra vətəndaş Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanmasını tələb edib.(Trend)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.