SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
"Minik avtomobili avtobusu arxadan vurub, 5 nəfər xəsarət alıb"
HADİSƏ 19:26 / 21.04.2019
Bu gün səhər saatlarında Binəqədi-Sumqayıt istiqamətində hərəkət edən 585 saylı marşrut avtobusu minik avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova ONA-ya bildirib ki, 585 saylı marşrut avtobusu Binəqədi-Novxanı istiqamətində hərəkət edərkən qəzaya uğrayıb.

Qəzaya "Mitsubişi Pajero” markalı avtomobil səbəb olub. Minik avtomobili ötmə əməliyyatını həyata keçirən zaman avtobusu arxadan vurub. Beş nəfər yüngül xəsarət alıb və 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib: "Daşıyıcı şirkəti dəvət etmişik, amma avtobus sürücüsünün də heç bir günah olmayıb. Günah minik avtomobilinin sürücüsündədir. Bu, ilkin versiyadır. Aidiyyatı qurum bununla bağlı araşdırma aparır və araşdırmadan sonra qəzanın baş vermə səbəbi tam aydın olacaq”.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.